Azərbaycanın bank sektoru 2018-ci ili 279,4 mln. manat xalis mənfəətlə başa vurub.

Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2017-ci il ilə müqayisədə 68,4% azdır.

Ötən il ərzində bank sektorunun faiz gəlirləri 1 753,0 mln. manat, faiz xərcləri 581,9 mln. manat, qeyri-faiz gəlirləri 549,1 mln. manat, qeyri-faiz xərcləri isə 1025,6 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 694,6 mln. manat olub.

2017-ci illə müqayisədə bank sektorunun faiz gəlirləri 1,3%, faiz xərcləri 29,5%, qeyri-faiz gəlirləri 41,5% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 4,6% artıb. Bankların xalis əməliyyat mənfəəti isə bir ildə 23,5% azalıb.

Hesabat dövründə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 345,4 mln. manat ayırıblar, 72,3 mln. manat mənfəət vergisi ödəyiblər.