Yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının potensialın gücləndirilməsi üzrə direktor müavini, xanım Brenda Mundiya ilə görüşüb.
Unikal.org xəbər verir verir ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan gömrük xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunub, əməkaşlığın hazırkı vəziyyətindən razılıqla söhbət açıb.
ÜGT-nin bir sıra beynəlxalq və regional tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdıran Komitə sədri gələcəkdə də belə tədbirlərin Azərbaycanda keçiriləcəyinə, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb və qeyd edib ki, gömrük sistemində şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində atılan qətiyyətli addımların nəticəsi olaraq həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə istiqamətində ciddi nailiyyətlər əldə olunub.
Səfər Mehdiyev müstəqil Azərbaycan gömrüyünün təkmil bir struktura çevrildiyini, gömrük sistemində kadr potensialının gücləndirilməsilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edən ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya Azərbaycana növbəti səfərindən, eləcə də Bakı şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclasında iştirakından məmnunluğunu bildirib.
Təmsil etdikləri təşkilatda Azərbaycan Gömrük Xidmətinin fəal rolunu yüksək qiymətləndirən qonaq ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb. Azərbaycan gömrüyünün şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində uğurlu təcrübə nümayiş etdirdiyini bildirən ÜGT rəsmisi şəffaflığın təmin olunması sahəsindəki bu təcrübəni ÜGT-nin müvafiq komitələrində bölüşməyə çağırıb.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
General Brenda Mundiya ilə görüşdü
20:01 29-01-2019
İQTİSADİYYAT
Digər Xəbərlər
2024-11-12 13:06:11
2024-11-12 10:38:22
2024-11-12 10:20:04
2024-11-12 10:00:50
2024-11-12 01:02:09
2024-11-11 20:54:07
2024-11-11 10:26:06
2024-11-09 10:51:00
2024-11-08 11:40:34
2024-11-08 09:30:04
2024-11-07 23:32:04
2024-11-07 17:14:00
2024-11-07 15:15:15
2024-11-07 12:16:10
2024-11-07 11:34:12
2024-11-07 11:18:01
2024-11-07 10:56:46