"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi” tərəfindən həyata keçirilən işsiz vətəndaşların əmək müqaviləsi ilə ödənişli işlərə cəlb olunması ilə bağlı proqram üçün 80 milyon manat ayrılıb".
Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında DOST agentliyinin DOST iş mərkəzinin direktoru Niyazi Rəhimov deyib.
Mərkəzin direktoru qeyd edib ki, ictimai işlər üçün işçinin əməkhaqqı fondu 203 manat həcmində nəzərdə tutulur: "İctimai işlər yarı gün, və ya günün hansısa bir hissəsini təşkil edir. Bəzən həftənin müəyyən günləri iş olur. Əksər hallarda ictimai işlər ixtisas tələb etmir, amma bəzi hallarda mümkündür ki, ixtisas tələb olunsun".
O bildirib ki, məşğulluğun təmin olunması üçün həyata keçirən proqram çərçivəsində 30 min adamın işə götürülməsi nəzərdə tutulub: "Artıq bu işin yarısı həyata keçirilib".