Rusiyanın polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Daxili İşlər Nazirliyinin İnquşetiya Respublikası üzrə baş idarəsinin rəisi Savarbek Şadiyevi dələduzluq ittihamı ilə həbs edib. 

Unikal.org xəbər verir ki, bununla bağlı Rusiya DİN məlumat yayıb.

Həmin şəxs DİN tərəfindən aparılan araşdırmaların nəticəsində saxlanılıb. 

Onun daxili işlər orqanlarından xaric ediləcəyi bildirilib. 

Məlumatlara görə, polkovnikin qurbanları arasında Azərbaycan vətəndaşı da olub. O, azərbaycanlıdan barəsində rüsvayçı məlumatlar yaymaqla təhdid edərək, külli miqdarda pul və idarə etdiyi avtomobili alıb. (oxu.az)