Türkiyənin Adana şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Yüreğir rayonu, Solaklı məhəlləsində hərəkət edən mikroavtobus ağır texnika ilə toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.