ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla növbəti görüşünün vaxtı və yeri gələn həftə məlum olacaq.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib.
Görüşün fevralın ayının sonlarında keçirilməli olduğunu xatırladan Tramp “Biz bunu çox tezliklə, ola bilsin ki, gələn həftə elan edəcəyik”, - deyə cavab verib.
O, həmçinin Şimali Koreya ilə böyük irəliləyişə nail olunduğunu vurğulayıb.