Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahından oğurluq olub.
Unikal.org xəbər verir ki, bunu hökumət başçısı Aparatının istismar bölməsinin rəisi bildirib.
Onun sözlərinə görə, yanvarın 25-30 tarixi arasında baş nazirin paytaxt Yerevanın Baqramyan küçəsi 26 ünvanında yerləşən iqamətgahından xatirə sikkə oğurlanıb.
Hələlik kimlikləri müəyyənləşdirilməmiş oğru və ya oğrular Aparatın birinci korpusundan 4 xatirə sikkəsi aparıblar. Həmin sikkələr binanın 3-cü mərtəbəsindəki stenddə saxlanılırmış.
Polis hadisə ilə bağlı araşdırma aparır.