Rusiyanın Xakasiya şəhərində yaşayan kişi qızının əmanət etdiyi 11 aylıq nəvəsini sobaya atıb. Hadisəni törədən kiçinin spirtli içki aludəçisi olduğu deyilir. O və həyat yoldaşı bu olaydan sonra həbs olunub.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Miyaqaşev olaraq adlandırılan 47 yaşlı baba həddən artıq vodka içib və evinə gəlib.
Sərxoş şəkildə evə gələn baba 11 aylıq nəvəsini yanan odun sobasının içinə atıb. Baba və nənənin evinə gələn qohumu uşağın yanmış cəsədini sobada görüb və dərhal polisə məlumat verib. Polis azyaşlını sobaya atan baba ilə onu qorumaq üçün heç nə etməyən nənə tutulub. Onların qohumu 47 yaşlı kişinin həddən artıq içklili olduğu üçün yeriməkdə çətinlik çəkdiyini də deyib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
20 yaşlı ana Viktoria Saqalakova isə sosial şəbəkədə ölən övladı ilə bağlı duyğusal paylaşım edib:
"Hüzur içində yat, sevgili oğlum. Sevgili kiçik oğlum. Ağrım bir dəqiqə də dayanmır. Sənsizliklə necə başa çıxacağam?”.