Afyonkarahisar bölgəsində Evciler mahalında sərnişin qatarı avtomobillə toqquşub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Məlum olub ki, 46 yaşlı İbrahim Dolu idarəsində olan avtomobillə dəmiryol keçidindən şlaqbaun bağlanan zaman keçməyə çalışıb. 

Qəza nəticəsində sürücü İ.Dolu və onunla birlikdə avtomobildə olan Azərbaycan əsilli 56 yaşlı Nigana Aliyeva yaralanıb. Xəstəxanaya aparılan yaralıların vəziyyətinin ağır olduğu öyrənilib.