Hindistanın Cammu və Kəşmir bölgəsinin Anantanq rayonunda baş verən qar uçqunu nəticəsində 3 nəfər itkin düşüb. 

Unikal.org Hindistan mediasına istinadən xəbər verir ki, uçqun zamanı 4 nəfər qar altında qalsa da, onlardan biri yüngül yaralı vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilib. Hazırda uçqun altında qalanların axtarışı davam edir.

Bildirilir ki, uçqun altında qalanlar qartəmizləyən avtomobilin sürücüsü və heyəti olub.