Müğənni İzzət Bağırov telefonlardan şikayətlənib.
Unikal.org-un məlumatına görə, sənətçi "Ən yaxşısı" verilişinə açıqlamasında bildirib ki, konsertə gələn qonaqlar müğənninini izləmir:
"İndiki ilə o zamanın tamaşaçısı arasında yerlə göy, səma qədər fərq var. İnsanların mobil telefonu yox idi. Tamaşaçı da konsertə gələndə ancaq fikri səndə olurdu. İstəyərdim elə bir qurğu qoyulsun ki, konsert salonlarında siqnal itsin. Gedib 100-150 manata bilet alır, gəlib oturur. Bir də başını qaldırır ki, konsert bitdi, müğənni səhnədən getdi".