Aparıcı Aytən Səfərova imicində tanınmayacaq dərəcədə dəyişiklik edib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Aytən “8 Mart” çəkilişi üçün saçlarını uzadıb, makiyajını fərqli edib. Aparıcını sosial şəbəkə istifadəçiləri tanımaqda çətinlik çəkiblər.
Onlar Aytəni xarici ulduzlara bənzədiblər. A.Səfərovanın yeni imici üzərində stilist Pərviz Mirzəyev çalışıb.