Azərbaycan əsilli türkiyəli aktrisa Nəsrin Cavadzadə 2,5 milyon türk lirəsi (təxminən 804 min manat) dəyərə sahib ilan formalı daş-qaşı ilə gündəmə gəlib.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, "GQ Türkiye Men Of The Year" Mükafatlandırma Mərasiminə qatılan Cavadzadə qiymətli əşyaları üçün 2 cangüdən tutub. Daş-qaşını "Instagram" hesabında göstərməkdən çəkinməyən aktrisanın "Bu foto qoynunda ilan bəsləyənlərə gəlsin" başlığı böyük müzakirəyə səbəb olub və birmənalı qarşılanmayıb.