Müğənni Elnar Xəlilov nişanını qaytarıb.
Unikal.org xəbər verir ki, ifaçı şairə Aysel Nəcəflidən ayrılıb. Bu barədə o, sosial şəbəkədə “Mən subayam” başlıqlı video çəkərək bildirib. O, Aysellə xasiyyəti uyğun gəlmədiyi üçün ayrıldıqlarını deyib.
Daha sonra sosial şəbəkədə paylaşım edən Elnara Ayselin də cavabı gecikməyib.
“Elnar Xəlilovla yollarımızı ayırdıq. Bu ana kimi barışaq deyən insan, sevdiyini bildirən insan sırf inad üçün video paylaşıb, məni qorxudacağını düşünüb, "sevirəm" dediyi xanım haqda pis danışılmasına şərait yaradırsa, elə doğru qərar verib. Böyüklərim, yaxşı ki, bitdi. Paylaşımdan sonra zəng etmək ki, gördün nə etdin? Saytlar da götürüb paylaşdı. Bunun heç yeri yoxdur! Heç vaxt belə paylaşım etmədim, etməyəcəkdim də. Sən camaata şərait yaratdın ki, sevdiyin xanım pislənsin. İndi isə susuram. Üstümə “sevirəm”lərlə gəlmə, ömürlük bu kitabı bağladım” deyə, Aysel sosial media hesabında yazıb.
Qeyd edək ki, cütlük ötən ilin avqustunda nişanlanmışdı.