Müğənni Orhan Gencebay və həyat yoldaşı Sevim Emre "Donuz qripi"nə yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ikili xəstəxanaya yerləşdirilib. O.Gencebay artıq xəstəxanadan çıxarılsa da, xanımı hələ də müalicə olunur.
Müğənni xəstəliyi barədə açıqlamasında bu sözləri deyib:
"Bizlərin xəstələnib müalicə olmağımz vacib deyil. Allahın köməyi ilə öhdəsindən gələrik. Əsas odur ki, sevənlərimizə heç nə olmasın. Hazırda yaxşıyam".