Məhəmməd Əlinin cənazə mərasimi ilə bağlı ciddi dəyişiklik baş verib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Məhəmməd Əli ailəsinin sözçüsü Bob Gunnell cənazə mərasmində çıxışı nəzərdə tutulmuş Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və İordaniya Kralı 2-ci Abdullahın adının siyahıdan çıxarıldığını bildirib.
Gunnell vurğulayıb ki, Ərdoğan və Abdullahın əvəzinə başqa iki şəxs cənazə mərasimində çıxış edəcək.
Xatırladaq ki, mərhum idmançının ailəsindən dünən edilən açıqlamada natiqlər arasında Ərdoğanın da olduğu ifadə edilmişdi.