ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artist Elnarə Abdullayeva olub.

Unikal.org xəbər verir ki, xanəndə onun haqqında qeybət edənlərlə bağlı maraqlı açıqlama verib:

“Müəyyən vaxtlarda və yerlərdə mənim söhbətim gedib. Mənim nə söhbətim gedə bilər ki? Deyəcəklər ki, ya yaxşı oxuyur, ya da pis. Hamıya eyni təsiri bağışlaya bilmərəm. Ola bilsin ki, kimsə oxumağımı eşidəndə desin ki, televizoru söndür. Amma başqa mənada mənim söhbətimi, nə də qeybətimi edə bilərlər ki? 

Hansı duxlu oğlan var ki, mənim qeybətimi qırsın? Deyəcəklər pis oturdu? Filan yerdə filan cür gördük? Məndən heç kim heç nə danışa bilməz. Çünki o yolu getməmişəm ki, kimsə keçəndə məni həmin yolda görsün. Ona görə rahatam”.