İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, iclasda Elgün İbrahimovun İnformasiya departamentinin direktoru vəzifəsindən azad olunması təsdiqlənib.
Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru Əsəd Məmmədov başqa işə keçməsiylə əlaqədər vəzifəsindən azad olunub.
Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Rauf Rəcəbovun, musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsinə isə Natiq Abdullayevin təyinatı təsdiqlənib.