Space" telekanalnın "Hər səhər" verilişinin son buraxılışında duyğulu anlar yaşanıb.
Unikal.org xəbər verir ki, xalq artistləri, Gülyaz və Gülyanaq Məmmədova bacıları da qonaq olduqları proqramda atalarının vəfatı xəbərini eşidən zaman yaşadıqları hissləri açıqlayıblar.
Gülyanaq Məmədova bildirib ki, iki həftədən sonra atalarının birinci ildönümü, anım günü yaxınlaşır.
Gülyaz Məmmədovanın sözlərinə görə, hadisədən bir gün əvvəl Gülyanaq Vyanaya uçmuşdu.
Gülyanaq Məmmədova: "Səhər tezdən təyyarədən enən kimi telefonu açdım. Zənglər gəldi. Hamı deyirdi "Allah rəhmət etsin atanıza". Sual etdim ki, atama nə olub. Çünki mən gözləmədiyim bir xəbəri eşitdim. O xəbər mənim üçün çox ağır idi. Dedim ola bilməz, bəlkə əmimdir. Çünki 5-6 ildir yataq xəstəsi idi. Gedəndə əmimlə sağollaşdım ki, bəlkə gəlib görə bilmədim. Son günlərini yaşayırdı. Bu səbəbdən mənim üçün çox ağır oldu. O anlara qayıtmaq istəmirəm".
Gülyaz Məmmədova da həmin gün yaşananları anladıb: "Sonuncu anama mən zənc etdim. Soruşdum, ay mama atama nə olub niyə elə qışqırır. Sən demə ürəyi tutub, son nəfəsi idi. Dedim telefonu açıq saxla mən də eşidim. Elə onu duydum ki, "ay Sevda mənə nə oldu". Atam həmin anda artıq canını tapşırırmış".