Yanvarda dəmir yolu nəqliyyatı ilə 236 min 100 sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, keçən ilin eyni ayı ilə müqayisədə sərnişindaşımada 10,1 faiz artım müşahidə olunub.
Ötən ay dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 268 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,2 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə isə 0,4 min ton yüklənmə işi yerinə yetirilib.