Dünyanın ilk insan başı köçürülməsi əməliyyatını həyata keçirməyə hazırlaşan italiyalı neyrocərrah Sercio Kanavero əməliyyatın Almaniyada baş tutacağını bəyan edib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, "Daily Star"-ın yaydığı xəbərə görə, həkim əməliyyatın keçiriləcəyi dəqiq tarixi açıqlamasa da, unikal transplantasiyanın Milad bayramınadək keçiriləcəyini bildirib (katolik Miladı - 2017-ci ilin dekabr ayı – red.).
Xatırladaq ki, rusiyalı proqramçı Valeri Spiridonov "Səma" adlandırılan layihədə iştirak etməyə razılığını verib. Verdinq-Xofman xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum Spiridonov müstəqil hərəkət etmək imkanından tamamilə məhrum olub.