Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın guya Ermənistan tərəfə keçməsi haqda erməni mediasının yazdıqları yalandır və təxribat məqsədi daşıyır.
Bu barədə unikal.org-a Tovuz rayon İcra Hakimiyyətinin Yanıqlı kənd üzrə nümayəndəsi Yaşar İsmayılov deyib.
Onun sözlərinə görə, dünəndən bu günə kimi kənddə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılıb. Ümumilikdə kənd əhalinin sayı 4215 nəfərdir və məlum olub ki, kənddə Vəliyev soyadlı adam yoxdur. Hüquq-mühafizə orqanları bu məlumatı dəqiqləşdirmək üçün ciddi iş apardılar. Məlum oldu ki, bu düşmən ölkənin növbbəti təxribatıdır".
Qeyd edək ki, "News.am" erməni saytı bu gün 39 yaşlı Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın qarşı tərəfə keçməsi haqda xəbər yayıb.