Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə "Bizimləsən" verilişinə üz tutub.
Unikal.org axsam.az-a istinadən xəbər verir ki, o, H.Dəryanın Sona İbadova ilə evliliyindən dünyaya gələn oğlu Cahangir haqda danışıb. Aişə Cahangirin analiz verməsini və qardaşı olub-olmamasını öyrənmək istədiyini bildirib:
"O, məşhurlaşanda mən həyatda yox idim. Sonra anamla ailə qurdu və mən dünyaya gəldim. O, mənim üçün qəhrəman idi. Onunla fəxr edirəm. Çünki Hüseyn Dərya bir ilk idi. Gəldi və getdi.
Biz hər zaman yaxın olmuşuq. Tək problemimiz o idi ki, biz Azərbaycanda yaşamırdıq. Amma atamla həmişə əlaqəmiz var idi. İlk övladı idim. Həmişə mənə deyirdi ki, sən əvəzolunmazsan.
Daha sonra 2014-cü ildə atam rəhmətə getdi. Balaca idim. Atam dünyasını dəyişdikdən sonra böyüməyə başladım. Mənə təsir edən o oldu ki, gerçəkləri öyrənə bilmədən atamı itirdim. Bu illər ərzində ağlımda suallar qaldı.
Anam efir insanı deyil. 17-18 ildə anamın kim olduğunu heç kim görməyib. Atam rəhmətə getməzdən əvvəl deyirdim ki, istəyirəm qardaşım olmasına əmin olum. Sosial şəbəkələrdən istifadə edirəm. Hər kəs deyir ki, Hüseyn Dəryanın oğlu yoxdur. Sağ olanda da atamın adına qalmaqallar, sözlər çıxarıldı. Amma artıq onun adının belə hallanmasını təhqir kimi qəbul edirəm.
Əminəm ki, o, mənim qardaşımdır. Atam sağ olanda qardaşımla çox illərimizi itirdik, bir yerdə deyildik. Gələcəkdə onunla bir-birimizə dayaq olacağıq. Onların da şübhəsi varsa, gəlsinlər analiz verək. Mən test etməyə hazıram".