Ötən gün Türkiyənin İstanbul şəhərində törədilən terror hücumunun arxasında Almaniyanın olduğu iddia edilib.
 
Rəsmi Ankaranın Bundestaqın "erməni soyqırımı"nı qəbul etməsinə sərt cavab verməsindən sonra Almaniya maşa kimi istifadə etdiyi terror təşkilatlarını ortaya atıb.
 
Qəzetin yazdığına görə, hadisədən qısa müddət sonra Almaniya Xarici İşlər Nazirliyi məlumat yayaraq Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı edib.
 
Qeyd edək ki, dünən səhər saatlarında İstanbulda terror hücumu zamanı 12 nəfər ölüb, 42 nəfər yaralanıb. (Axar.az)