"Əxlaqsız, murdar insan! Sən niyə belə etdin?!"
Qadın ağlayır, kişini yumruqlayır, şillələyirdi.  Sevgilisinin ona xəyanət etməsindən sinirlənmiş qadın ağlayır, qışqırırdı.
Unikal.org bildirir ki, olay Rusiyanın Sverdlovsk vilayətindəki Yekaterinburq şəhərində yaşanıb.
Avtomobil dayanacağında sevdiyi qadının qarşısında durmuş kişi yumruqlansa, şapalaqlansa da, susurdu. 
Qadın isə sakitləşmək bilmirdi: "Sən əclafsan, alçaqsan, yalançısan! Məni sevdiyini deyirsən, amma xəyanət edirsən! Rədd ol! Səni görmək istəmirəm".
Bunu deyəndən sonra o, yenidən kişini yumruqlayır, hətta təpikləyir.
Kişi isə susur, sonra onu qucaqlayır. 
Qadın yenə sakitləşmir.
Belədə kişinin səbri tükənir və "Yetər artıq! Xəyanət etməmişəm, sənə yalan deyiblər! Bəsdir!" deyərək qadını yumruqlayır.
Qadın aldığı zərbələrdən yerə yıxılır.
http://vk.com/video210129428_456239157?hash=3c5fe1c75b52ccd9