23 yaşlı Nigar Vahabovanın başına gələnlər insanı dəhşətə gətirir. Bundan da dəhşətlisi isə cinayət işinin hələ də bir nəticəyə gəlib çıxa bilməməsidir.

İntihar çarəsizliyin son həddidir. Əlin hər yerdən üzülür, ayaqüstə dayana bilmirsən, "nə olursa olsun, bitsin" deyirsən. "Ölsəm də, qurtulsam" deyib arxada buraxdıqlarını düşünmədən özünü ölümün ağuşuna atırsan. İmişlidə 17 yaşlı gənc intihar edib Və sənin üçün hər şey bitir bu dünyada. Olan səndən sonra qalanlara olur. Anan ağlını itirmək dərəcəsinə gəlir. Qardaşın eşitdiyi söz-söhbətdən boğulur. Bacın əzablarını heç kimlə bölüşə bilmir. Bir də səni sağ olduğun zamanlarda sevməyən insanlar var ki, sən olmayandan sonra haqqında istədikləri kimi danışırlar. Biri "psixoloji problemi vardı" deyir, birisi "oğlan üstündə öldü" deyir. Hamı deyir, deyir… Sənin niyə intihar etdiyinin səbəbini heç kim, heç vaxt bilmir. Hamı danışır, öz bildiyini. Deyirlər, bir də "İlahi ədalət" var. Amma İlahi Ədalətin bərqərar olmasına da hər canlı dözə bilmir.

23 yaşlı Nigarın dramı…

Cari ilin əvvəlində gənc qızın intihar etməsi xəbəri medianın gündəmini "zəbt etmişdi". 23 yaşlı Nigar Vahabovanın intiharı haqqında hər kəs bildiyini də yazırdı, bilmədiyini də… Aradan 4 ay keçib, 4 aydır ki, Nigarın ailəsi qızın intiharında səbəbkar olanların cəzalandırılmasını istəyir. Və Nigarın bacısı Aytac Vahabova hadisənin bütün təfərrüatlarını Sputnik-ə danışdı. "Bacım 19 yaşından, ali məktəbə daxil olandan işləməyə başladı. İlk iş yeri "İki Sahil" qəzeti idi. Qəzetdə mühasibatlıqda çalışırdı. Daha sonra, haradasa 2 il sonra oradan çıxıb, xaricdə təhsillə məşğul olan firmada çalışmağa başlamışdı", — deyir Aytac.

O, kiminsə kiməsə görə özünü öldürməsinə inanmır: "Kimsə insanı bu həddə çatdıra bilər ki, insan intihar etsin? Yəni bunun psixoloji səbəbləri çoxdur. Nigarın sevdiyi bir insan vardı. Bəhruz Əliyevlə bacım iki il əvvəl tanış olmuşdu. Aradan 3 ay keçəndən sonra mart ayında bacım öyrəndi ki, Bəhruz evlidir. Bacım onun evli olduğunu öyrənəndən sonra ayrıldı". Nigarın bacısı Aytac VahabovaNigar VahabovaNigar VahabovaNigar VahabovaNigar VahabovaNigar VahabovaNigar VahabovaNigar Vahabovanın ölümündən 4 ay keçir



Nigarın bacısı Aytac Vahabova

"Amma oğlan əl çəkmirdi. Yadıma gəlir, mart ayında bacıma böyük bir gül buketi — 101 ədəd gül göndərmişdi. Bacıma demişdi ki, "mən onsuz da yoldaşımdan boşanacağam, gəl barışaq". İyun ayında bacım artıq polisə ərizə verdi. Çünki Bəhruz onu rahat buraxmırdı. Bacım hara gedirdisə, bacımın qarşısını kəsir, hədələyir, "səni başqasına verməyəcəyəm" deyirdi", — Aytac nəql edir. Dediyinə görə, Nigar, təxminən 7-8 ərizə ilə polisə müraciət edib: "Bir dəfə isə bacımla dalaşıb, bacımı vurmuşdu, bıçaq da çıxarmışdı üstünə. Bacım yenə polisə şikayət elədi. Ekspertiza rəyi də təqdim etdik. Bəhruz gəlib ağladı, yalvardı və iş dayandırıldı. Haradasa, Bəhruz 4-5 ay yoxa çıxdı".

Qızı ölümə aparan yol…

Aradan bir müddət keçəndən sonra Bəhruz yenidən Nigarın iş yerinə gedib, iş yerinin yanında onunla mübahisə edir. Həmin davadan sonra Nigar işdən çıxmalı olur. Avqust ayında Nigar öyrənir ki, Bəhruz yoldaşından boşanıb. Amma Bəhruzu qəbul etmək istəmir. Bəhruza deyir ki, "mən səni istəmirəm, mən başqasıyla nişanlanacağam". Bəhruz Nigardan əl çəkmir, hər gün onu qarabaqara izləyir, qısqanclıq səhnələri göstərir, qızın yanınnda kimi görürsə, dava edir.

Nigarın bacısı danışır ki, Bəhruz Nigarı onun nişanlısına da qısqanırmış: "Hətta Nigarın yanında mənim nişanlımı görsə belə, dava salırdı. Bir dəfə kafedə oturmuşduq. Bəhruz gəlib bacımın çantasını götürüb getdi. Biz polisə şikayət etdik. Çanta qaytarıldı, telefon isə 10 gün sonra bacıma qaytarıldı". "Aradan bir ay keçdikdən sonra Bəhruz Nigarı razı sala bilmədiyini görüb onunla çəkilmiş şəkilləri Nigarın bütün tanışlarına göndərdi. Biz yenə polisə şikayət etdik. Polisdən bizə bildirdilər ki, bu işdə cinayət tərkibi yoxdur", — müsahibimiz danışır. Bu hadisə Nigarın qohumları tərəfindən də normal qarşılanmır. Böyük mübahisələr yaranır. Baş verən hadisələr Nigarı hər keçən gün bezdirir.

Bir müddət keçir, Nigar elə düşünür ki, artıq sakitlikdir, Bəhruz əl çəkib. Amma heç nə onun düşündüyü kimi olmur… Onun ruhu o vaxt rahatlıq tapacaq ki… Aytac nənəsi xəstə olduğu üçün, onun yanında qalmalı olur. Və bir gün Nigar zəng edir ki, Bəhruzu yenidən poilsə verib: "Bəhruz gəlib onun yeni iş yerində dava saldığı üçün Nigar 102-yə zəng vurub şikayət edir. Aradan yarım saat keçsə də, heç kim hadisə yerinə göndərilmir. Nigar yenidən şikayət etidiyi zaman, başına bir iş gələrsə, Bəhruzun günahkar olduğunu deyir". "Bazar günü Bəhruz bizə gəlir, qapını döyür. Açmırlar. Bəhruz anama deyir ki, "onsuz da Nigar səhər işə gedəndə onu tutub öldürəcəyəm". Anam deyib ki, polisə zəng edəcəyəm, çıx get. Bəhruz gedir. Birinci gün səhər tezdən yenə Bəhruz qapıya gəlir, döyür, ancaq açan olmur. Və bir neçə saat sonra bu hadisə baş verir. Nigarı ipdən də Bəhruz açır. Gedib təcili yardım çağırır və yenə "yoxa çıxır". Hadisə fevralın 8-də baş verir", — danışır həmsöhbətimiz. Psixoloqlar: İqtisadi böhran cəmiyyətdə stressə səbəb olur

Aytacın dediyinə görə, Nigarı Bəhruzdan onun yalanları soyudur, uzaqlaşdırır: "Bəhruz çox əsəbi, aqressiv biri idi. Nigarı hər dəqiqə izləyir, dava-dalaş salırdı. Hadisə baş verən günü axşam biz Nigarla mesajlaşırdıq. Dedi, "sənin toyun üçün paltar seçmişəm". Dedim niyə yatmırsan, dedi, "saçıma maska qoymuşam, qoy gözəl olsun". Özü üçün avtomobil alacadı, behini də vermişdi. Təhsil haqqını da ödəmişdi. O, özünü öldürən insana bənzəmirdi. Çox deyib-gülən zaraftcıl bir qız idi". Aytac Vahabova baş prokuror Zakir Qaralovun da qəbulunda olub: "İşimiz Yasamal Rayon Prokurorluğunda idi. Cahangir Şükürlü nəzarət edirdi işə. Amma baxmırdı, gedib danışırdım. Deyirdi daha vacib işlərimiz var. Mən bacımın mesajlarını aparıb göstərdim, amma fikir vermirdi. Mən prokurorun görüşündə olandan sonra iş Yasamal Rayon Prokurorluğudan alınıb Bakı Şəhər Prokurorluğuna verildi. İndi işimiz ordadır".

4 ay öncə həyata yeni atılmış bir qız həyatla vidalaşdı. Günahkarın kim olduğu bilinməsə də, günahkar cəzalandırılmasa da, ömrünün baharında bir gözəl torpağa qarışdı. Bəlkə də Nigarın "qatili" (onu intihar həddinə çatdıran insan) hüquq mühafizə orqanları tərəfindən layiqli cəzasını almayacaq. Amma gün gələcək, İlahi ədalət bərqərar olacaq. O gün Nigarın da ruhu rahatlıq tapacaq. Buna inanıram.