Dünya idmanının əfsanəsi, ən məşhur boksçu Məhəmməd Əlinin ölümündən əvvəl qızı ilə telefon danışığının görüntüləri yayılıb.
74 yaşında vəfat etmiş əfsanəvi boksçunun qızı Hana Əli atası ilə FaceTime vasitəsilə danışarkən görüntülərin "skrinşot"larını çəkib. Ata və qızın söhbəti Məhəmməd Əlinin ölümündən iki həftə əvvəl, mayın 22-də olub.
Hana Əli indi həmin görüntüləri sosial şəbəkələrdəki profillərində paylaşıb.
"Gözəl atamla olan son fotolarım", - Hana İnstagram-da yazıb.(Milli.Az )