Aprelin 5-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun dünən qız övladı dünyaya göz açıb.
Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Körpəyə şəhidimizin arzusunu yerinə yetirərək Yağmur adı qoyulub.
Qeyd edək ki, Ziya Həsənov Bərdə şəhərində torpağa tapşırılıb.