Bakıda elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 20-dən fevralın 13-dək olan müddətdə daha 3 evdən pul, inşaat materialları, su mühərriki və kondinsioner oğurlaması da müəyyən edilib.