Quba rayonunda iki tanış bir-birini bıçaqlayıb.
Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində baş verib.
Rayon sakini Məmmədov Zakir Abdulla oğlu rayonun M.Ə.Rəsulzadə küçəsində tanışı, sərxoş vəziyyətdə olan Rafiq Əlməmmədovla rastlaşıb. R.Əlməmmədov Z.Məmmədovu söyüb və tanışlar arasında əlbəyaxa dava başlayıb.
Hadisə zamanı R.Əlməmmədov cibindən bıçağı çıxararaq Z.Məmmədovu qorxutmaq istəyərkən onu əlindən bıçaqlayıb. Z.Məmmədov bıçağı onun əlindən almağa cəhd edib və R.Əlməmmədovu ayaq nahiyəsindən bıçaqlayıb.
Sonra hər iki şəxs bıçağı zibil yeşiyinə ataraq hadisə yerindən qaçıblar.
Quba rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib və ərazidən hadisədə istifadə olunan bıçağı aşkar ediblər.
Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.