Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Unikal.org xəbər verir ki, cinayət Məcəlləsinin 32.5,206.3.2; 234.4.1; 234.4.3; 66.3 və 93.1.2-ci maddələrinə əsasən 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bəşirov Amid Gülabas oğluna poçt vasitəsilə göndərilən banderola baxış keçirilən zaman orada olan sabunun içərisində xüsusi üsulla gizlədilmiş 8,488 qram “Həşiş qətranı”” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.