Dekabrın 10-u 2018-ci ildə gecə saat 3 radələrində Bakının Nəsimi rayonunda həyat yoldaşı 1988-ci il təvəllüdlü Adelya Taxvelini qətlə yetirən Ramiz Pərviz oğlu Taxveli ilə bağlı yeni məlumatlar əldə etmişik.
Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hazırda Ramiz Taxveli Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırda onun səhhətində problem olmadığı deyilir.
Ölkəni silkələyən cinayət işilə bağlı hazırda istintaq aparılır. Onun yaxın vaxtlarda məhkəməsi baş tutacaq.
Qeyd edək ki, ötən ilin son ayında Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə,
Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.
Ramiz Taxveli narkotik maddələrə aludəçi olduğu üçün sonradan onun səhhətində problemlər yarandığı bildirilib.
Xatırladaq ki, Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qohumudur. Ramiz Taxveli tərəfindən öldürülən Adelya Taxveli ilə də bağlı bəzi məqamlar üzə çıxıb.
Adelya 2013-cu ildən "Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.