Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Baş İdarədən Unikal.org-a verilən məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Yaqut Məmmədzadə həbs edilib.
Yaqut Məmmədzadənin bir qrup şəxslə cinayət əlaqəsinə girməsi və Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb, orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.