Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.

Unikal.org-un məlumatına görə, fevralın 28-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində 3 tələbənin bıçaqlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, fevralın 28-də paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində bir qrup şəxslər arasında kütləvi dava olub.

Dava zamanı 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb, 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

1 saylı Klinik Tibbi Mərkəzə çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bıçaqlanan şəxslər Memarlıq və İnşaat Universitetinin tələbələridir.