Bakıda qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Unikal.org XəzərXəbər-a istinadən məlumat verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses martın 7-də davam edəcək.

İttihama görə, ötən il avqustun 8-də paytaxtın Xəzər rayonunda Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Əliəkbər Abdullayev yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rübabə Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Əliəkbər Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib