Kriminal aləmdə "Cemo Tbiliski" kimi tanınan Camal Mikeladze vəfat edib.

Unikal.org xarici mətbuata istinadən verdiyi xəbərə görə, 43 yaşlı kriminal avtoritet İtaliyada dünyasını dəyişib.

Onun ölümünə səbəb kimi narkotik vasitələrdən istifadə nəticəsində vəziyyətinin ağırlaşması səbəb olub.

Qeyd edək ki, avtoritetin qardaşı Mamuka Mikeladze bu ilin yanvarında həyatını itirib.

C. Mikeladze tanınmış məşhur qanuni oğru Arsenin (Ata Mikeladze) oğludur. C. Mikeladze 2011-2012-ci illərdə kriminal qruplaşmalar arasında gedən münaqişələrdə aktiv rol oynayıb. O, uzun müddət qardaşı ilə birlikdə Rusiya cinayət aləminin keçmiş lideri Aslan Usoyanın (Ded Xasan) düşmənlərinin tərəfində yer alıblar. Bəzi məlumatlara görə, Ded Xasanın ölümü ilə nəticələnən sui-qəsddə C. Mikeladzenin əli olub.

C. Mikeladze 2013-cü ildə qanunsuz silah saxlama maddəsi ilə ittiham edilərək, 3 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin sonunda İtaliyanın sorğusu əsasında ora ekstradisiya edilən C. Mikeladze mütəşəkkil cinayətkarlıqda şübhəli bilinib.