Bakıda demoqrafik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a bildirilib ki, ötən il ərzində paytaxt əhalisinin sayı 14 940 nəfər və ya 0,7 faiz artıb.
Bununla da, şəhər əhalisinin sayı 2019-cu ilin yanvarın 1-də 2 277 500 nəfərə çatıb.
Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1064 nəfər olub.