"Əhali su itkisinə yol verməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır".
Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, içməli suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan düzgün istifadə etməsidir.
ETSN rəsmisi bildirib ki, içməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır: "İçməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi halları aradan qaldırmaq lazımdır. Ən vacib məqamlardan biri isə suya yanaşma tərzinin dəyişməsidir. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara, içməli suya qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur. Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə etməli, su itkilərinə yol verməməli, içməli sudan texniki məqsədlər üçün istifadə etməməliyik. İçməli su qıtlığı probleminin olmaması üçün bir daha hamını suya qənaət etməyə çağırırıq".