Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deputatların maaşının artırılmasını təsdiqləyib.
Unikal.org xəbər verir ki, İsa Həbibbəyli “Yeni Müsavat”a açıqlamasında deputatların maaş artımını belə şərh edib:
- Maaşınız artıb, deyirlər. Təbrik etmək olarmı?
- Minnətdarlığımızı bildiririk.
- Deyəsən, komitə sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?
- İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk. Sağ olun...
Qeyd edək ki, deputatların əmək haqlarının artması ilə bağlı ilk dəfə Unikal.org sayıtında məlumat gedib.