99 saylı Şəmkir kənd dairəsini təmsil edən deputat Sona Əliyeva rayon mərkəzindən 35 km uzaqlıqda Tatarlı kəndində seçicilərlə görüşüb.
Unikal.org xəbər verir ki, S.Əliyeva 40-dan çox seçicinin müraciətini dinləyib. Müraciətlər əsasən sosial müavinətlərin təyin olunması, müayinə və müalicə, əlillik dərəcəsinin müəyyən olunması, kəndin müəyyən hissələrində içməli su probleminin həll olunması ilə bağlı olub.
Seçicilərlə görüşdən sonra həmişəki kimi, Sona Əliyeva aprel şəhidi Nurlan Qasımovun ailəsini ziyarət edib, Şəhidin bacısı, balaca Fidanın və ailənin qayğıları ilə maraqlanıb.
Həmçinin Şəmkirdə aprel şəhidi Təbriz Əsgərovun anası Kifayət Əsgərovanın yas mərasiminə qatılıb, başsağlığı verib və ailənin qayğıları ilə maraqlanıb.