Hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığı və təhdid edildiyi deyilən müğənni Şəbnəm Tovuzlu haqqında yayılan iddialara münasibət bildirib.
Unikal.org bildirir ki, müğənni lent.az-a açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Bütün bunlar yalandır, heç vaxt belə bir şey olmayıb. Sadəcə birgə yaşadığım insanla aramızda problemimiz olub, bitib".
Ş.Tovuzlu deyib ki, bu xəbərlər "hansısa müğənninin sifarişi ilə" yazılıb: "Bu, mənim həyat tərzimi, populyarlığımı çəkə bilməyənlərin işidir. Bu cür söhbətlərlə məni sevənlərimin gözündən salmaq istəyirlər. Amma alınmayacaq".
Müğənni onu da bildirib ki, elə bu gündən bu xəbəri yazanlar barədə Hüquq Mühafizə Orqanlarına şikayət edəcəyək: "Bu məsələyə hüquqi şəkildə cavab verəcəyəm".