Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Qızıl top”u əsl mükafat hesab etmədiyini etiraf edib.
"Unikal" xəbər verir ki, mükafatla bağlı suala Ronaldo "Bu, uydurmadır" deyib.
Ronaldo karyerası ərzində 5 dəfə “Qızıl top”u qazanıb. Bu göstəricidə o, 8 belə mükafatı olan argentinalı hücumçu Lionel Messidən geri qalır.