Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov rayonun Qaradeyin kəndində baş tutan tədbirdən sonra bir qrup görüş iştirakçıları ilə birlikdə xəstə olan kəndin nüfuzlu ağsaqqalı 85 yaşlı Əsgər İsayevin yaşadığı evə gedərək onunla görüşüb.


Unikal.org xəbər verir ki,  Cavid Osmanov Əsgər İsayevin sağlıq durumu və qocaman partiya üzvünün problemləri ilə maraqlandı, onunla və ailə üzvləri ilə səmimi söhbət etdi. Millət vəkili Əsgər müəllimin hər zaman Heydər Əliyev irsinin, dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin fəal təbliğatçısı olduğunu, nəinki yaşadığı kənddə, eləcə də rayon səviyyəsində keçirilən tədbirlərdə etdiyi çıxışları xatırlatdı, ona tezliklə sağalıb sıralarımıza qayıtması üçün allahdan şəfa dilədi.
Əsgər İsayev 1980-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Ağdaş rayonuna səfəri zamanı onların yaşadığı Qaradeyin kəndinə gəlməsindən, sadə kolxozçularla görüşməsindən, həmin görüşdə ulu öndərimizin qarşısında etdiyi çıxışdan danışaraq xatirələrini bölüşdü. Onun fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirən ağsaqqal tezliklə sağalaraq yenidən ulu öndərimizin və ölkə başçımızın həyata keçirdiyi işləri  kənd sakinləri arasında təbliğ olunmasını davam etdirəcəyini vurğuladı. Cavid Osmanovun qonaq gəlməsinin onun üçün çox böyük və gözəl bir sürpiriz olduğunu vurğulayan Əsgər İsayev onunla bir millət vəkili kimi deyil yaxın bir dost çox maraqlı, səmimi söhbət etdiyinə və göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.