Ölkənin ən böyük marketlər şəbəkəsi olan “Araz”  Sabunçu rayonu, Zabrat qəsəbəsində yeni mağazasını açaraq, şəbəkəsini bir qədər də genişləndirir.

Şirkətdən Unikal.org-a bildirilib ki, “Siz harada, Araz orada” sloqanına sadiq qalan “Araz” supermarketlər şəbəkəsi martın 12- dən etibarən Zabrat qəsəbəsində supermarket filialı ilə fəaliyyətə başlayır.

Mağazada meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları,  gigiyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə veriləcək. Burada müştərilər həmçinin, “Xonça” un məmulatları bölməsində müxtəlif növ şirniyyatlar və tortlar, hazır yeməklər, isti təndir çörəyi əldə edə biləcəklər.

Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və hədiyyə kampaniyaları nəzərdə tutulub. Kampaniya martın 12- dən 18 – dək davam edəcək.

“Araz” supermarketlər şəbəkəsi hər kəsi böyük məmnuniyyətlə, yeni filialının açılışına dəvət edir.