Abşeron rayonunun Xırdalan şəhərində keçmiş məhkum yarım kiloqram civəni müştəriyə satarkən saxlanılıb.
Unikal.org report-a iatinadən xəbər verir ki, şəhərdəki restoranların birində mühafizəçi işləyən 43 yaşlı Rövşən İslamov "iş üstündə" tutulub.
O, civəni zibillikdən tapdığını və bu barədə ilk olaraq zərgər dostuna xəbər verdiyi, daha sonra isə onu 5 min manata satmaq qərarına gəldiyini bildirib.
Bundan öncə 4 dəfə məhkumluq həyatı yaşamış R.İslamov bu əməlindən də peşman olduğunu deyib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.