Polis Bakıda quldurluq edən dəstənin digər üzvlərini də saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevin evinə gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək tutulublar.