Millət vəkili Cavid Osmanov Ağdaş rayonunda seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş mart ayının 12-də rayonun Pirzə kəndində baş tutub.
Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov görüşü giriş nitqi ilə açaraq ölkəmizin son illər ərzində əldə etdiyi uğurlardan söz açdı. Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edən Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşadığını qeyd etdi. Paytaxt Bakı ilə yanaşı regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işlərinin deyinlərə bariz nümunə olduğunu qeyd etdi. Eyni zamanda Ağdaş rayonunda da irimiqyaslı işlərin getdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq bu prosesin onların gözü qarşısında yaşandığını vurğulayan millət vəkili Cavid Osmanov bütün bunların ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olmasını bildirdi. 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirən millət vəkili dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, ölkənin hərtərəfli dinamik inkişafının təmin olunduğunu vurğuladı. Müstəqil Azərbaycanın bu günkü uğurlarının əsasında cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin dayandığını qeyd edən millət vəkili cənab prezidentin son günlər ərzində imzaladığı Fərman və Sərəncamlara diqqət çəkərək bütün bunların xalqımızın firavanlıq halnda yaşamasına hədəfləndiyini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Eyni zamanda Cavid Osmanov onu da bildirdi ki, Azərbaycanı gözü götürməyən bəzi dairələr vardır və həmin dairələr sosial şəbəkəlrdə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa çalışırlar. Bu gün özünü müxalifət adlandıran şəxslərin çirkin niyyətlərinin olmasının cəmiyyətdə hər kəsə bəlli olduğundan bu üzdən iraq şəxslərə qarşı daim barışmaz mövqedə olamğın hər bir ölkə vətəndaşının şərəf borcu olduğnu və onlara lazımi cavabların verilməsinin vacibliyindən söhbət açdı.
Görüşdə çıxış edənlər – Nahid Mustafayev, Fəramil Nəsibov, Rəfi Musayev, Məhbus Aslanov və Babakərim Eyvazov bəyan etdilər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Onlar ölkəmizdə, eləcə də rayonumuzda həyata keçirilən layihələrdən məmnundurlar və hər zaman dövlətə, dövlətçiliyə sadiqdirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb, bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz uğurla həyata keçirilən bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Kənd sakinləri cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini, Azərbaycanın gələcək inkişafının da cənab İlham Əliyev tərəfindən təmin oluncağını və bu işdə ölkə başçısının ətrafında sıx şəkildə birləşdiklərini qeyd etdilər.
Seçiciləri maraqlandıran suallara millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.
Tədbirdən sonra millət vəkili Cavid Osmanov Pirəzə kənd Folklor evinə gələrək burada çalışan işçilərlə səmimi söhbət etdi. Yaqut Ədilova və Zülfiyyə Fərzəliyeva çıxışlarında millət vəkilinə onlarla görüşdüyü üçün minnətdarlıqlarını bildirdilər. Onlar ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünü diqqətətə çatdıraraq bu görüşün onlarda dərin izlər buraxdığını qeyd etdilər. Cavid Osmanov bu görüşün mədəniyyətimizə, eləcə də bu sahədə xidmətləri olan insanlara göstərilən diqqət və qayğının ifadəsi kimi dəyərli olduğunu bildirdi. Görüşdə səsləndirilən fikirlər, qaldırılan məsələlər və bu məsələlərin həlli üçün konkret tapşırıqların verilməsi aşkarlığın, dövlət başçısı ilə ziyalılar arasında qarşılıqlı fikir mübadilələrinin əhəmiyyətinin əyani nümunəsidir. Həmçinin mədəniyyət və incəsənət xadimlərinin gələcək yaradıcılıq imkanlarının yüksəlməsi baxımından bir stimuldur. Azərbaycanda bütün iqtisadi və sosial təşəbbüslər dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilir. Mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşdən sonra möhtərəm Prezidentimiz tərəfindən imzalanan sərəncamlar da bu sahədə çalısan işçilərin maraqlarına xidmət edir.