"Lider tv və Radio Azərbaycan" MMC  Yasamal və Səbail rayon icra Hakimiyyətləri ilə birgə iki fərqli məkanda konsert proqramı keçirəcək.

Unikal.org xəbər verir ki, Novruz Bayramı münasibəti ilə təşkil olunan konsert proqramı paytaxt sakinlərinə eləcə də, şəhərimizin qonaqlarına əsl bayram abu-havası yaşadacaq. Tanınmış müğənnilərin səhnə alacağı bayram şousu  martın 19-da saat 17:00-dan 19:00-a  qədər Yasamal parkında, saat 20:00-dan 22:00-a qədər  isə Badamdar qəsəbəsində yerləşən  Heydər Əliyev adına parkda keçiriləcək. Lider televiziyası hər kəsi açiq havada İlaxır çərşənbəsi münasibəti ilə keçiriləcək möhtəşəm gecəyə dəvət edir.