Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Unikal.org xəbər verir ki, qanunun 6-cı maddəsinə "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı" sözləri əlavə edilib.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.