Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2 üzvünün 6 illik səlahiyyət müddəti başa çatıb.

Unikal.org-un xəbərinə görə, bunlar Qafar Cəbiyev və Əlvan Ağayevdir. 

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, onların yerinə Bəxtiyar Balakişiyev (Qaraca) və Telli Pənahqızı təyin ediliblər.

Qeyd edək ki, Q. Cəbiyev MTRŞ sədrinin müavini olub.